Türkiyə ROKETSAN məhsullarını dünyaca məşhur sərgiyə çıxardır
06.03.2020 09:28Türkiyə silah-sursat istehsalçısı ROKETSAN yeni iş və ixracat imkanları üçün Beynəlxalq Müdafiə və Təhlükəsizlik Təchizatı Sərgisində (DSEİ) iştirak edəcək.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, qlobal müdafiə və təhlükəsizlik sektorunu bir araya gətirən aparıcı təşkilatlardan biri olan DSEİ sentyabrın 12-15-də Londonda keçiriləcək.
Müdafiə və aviasiya sənayesi üçün hazırlanan ən son adavanlıq və sistemlərin nümayiş olunacağı sərgi beynəlxalq münasibətləri inkişaf etdirmək və yeni iş imkanları qurmaq üçün əsas vasitələrdən biridir.
40-dan çox ölkənin 1600-dən çox sərgi iştirakçısına ev sahibliyi edəcək sərgiyə 34 min insanın gələcəyi təxmin edilir. Sərgidə nazirlər, silahlı qüvvələrin nümayəndələri, sektorun aparıcı qüvvələri və burda fəaliyyət göstərən şirkətlər iştirak edəcək.
Son zamanlar inkişaf və istehsal etdirdiyi yeni məhsullarla ixracatını artırmağı planlaşdıran Türkiyə də roket və raket istehsal edən ROKETSAN şirkətinin məhsulları ilə bu sərgidə iştirak edəcək. Şirkət 2007-ci ildə adıçəkilən sərgidə məhsulları ilə yer almaqdadır. Belə ki, şirkət bu il DSEİ stendində lazerlə idarə olunan Cirit, uzun mənzilli tank əleyhinə UMTAS raketi, lazerlə idarə olunan tank əleyhinə L-UMTAS raketi, orta mənzilli tankəleyhinə OMTAS raketi, SOM-J JSF sursatı sərgilənəcək.
Həmçinin stenddə MAM-L və MAM-C mini ağıllı hərbi sursatlar, Hisar havada müdafiə raketləri, dənizaltı müdafi xarakterli hərbi roketi, TRG-122 raketi, TRG-300 Kaplan raketi və Cirit modelləri də yer alacaq.
Bundan başqa sərgidə “T-107/122 Çok Maksatlı ve Çok Namlulu Roketatar” (ÇNRA) sistemi, T-122/300 Çok Maksatlı ve Çok Namlulu Roketatar (ÇNRA) modellerinə yer veriləcək.

