Türkiyə S-400 zenit-raketlərini Rusiyadan aldı
06.03.2020 09:28Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alıb.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Türkiyənin müdafiə naziri Nurettin Canikli bildirib.
“Bu iş başa çatıb. S-400 sistemləri alınıb”, – deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Türkiyənin bununla məhdudlaşmaq niyyəti yoxdur: “Özümüzə məxsus havadan müdafiə sistemi yaratmaq üçün “Eurosam” konsorsiumu ilə əməkdaşlıq edəcəyik”.
Qeyd edək ki, Türkiyə, Fransa və İtaliya noyabrın 8-də Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşü çərçivəsində havadan müdafiə yeni sistemlərin yaradılmasına dair saziş imzalayıblar.
APA

