Türkiyədə mənzil alan azərbaycanlılar – STATİSTİKA (SİYAHI)
06.03.2020 09:28Bu ilin yanvar-avqust aylarında Türkiyədə xarici ölkə vətəndaşları tərəfindən 14 533 mənzil satın alınıb. Keçən ilin eyni dövründə isə bu rəqəm 11 754 olub. Deməli, bu il xarici vətəndaşlar tərəfindən alınan mənzillərin sayı 22,7 artıb.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, mənzil alanlar arasında Azərbaycan vətəndaşları da var.
Məlumata görə, ötən il əcnəbi vətəndaşlar mənzil almaq üçün daha çox İstanbulu seçdikləri halda, bu il əsasən Antalya, Bursa və Yalova şəhərlərinə üstünlük verilib.
Bu ilin 8 ayı ərzində Türkiyədə ən çox mənzil İraq vətəndaşları tərəfindən alınıb. Yanvar-avqust ayları ərzində iraqlılara 2 min 432 mənzil satılıb.
Bundan başqa, Səudiyyə Ərəbistanı vətəndaşları Türkiyədə 1691, rusiyalılar isə 1444 evə yiyələnib.
Türkiyədə ev almaq istəyənlər arasında Kuveyt vətəndaşları da üstünlük təşkil edir- 1426 mənzil.
Böyük Britaniya vətəndaşlarının aldıqları mənzillərin sayı isə 673-dür.
Türkiyə almanların da marağını çəkən ölkələrdəndir. Belə ki, Almaniya vətəndaşları 8 ay ərzində bu ölkədə 533 mənzil alıb.
Mənzilə alanlar arsında Azərbaycan vətəndaşlarının sayı da az deyil. Azərbaycanlılar bu ilin yanvar-avqust ayları ərzində Türkiyənin müxtəlif şəhərlərində 512 ev alıblar. Təkcə avqust ayında Azərbaycan vətəndaşları tərəfindən 54 mənzil alınıb.
Saytımız 2015-ci ilin yanvar-avqust və ya yalnız avqust ayında xarici ölkə vətəndaşlarına satılan mənzillərin sayı və ölkəlıərin siyahısını təqdim edir:
Atif Sarıxanlı
Ölkə:
Yanvar-avqust
və yalnız avqust ayı
Iraq
2 432
401
Səudiyyə Ərəbistanı
Rusya Federasiyası
1 444
155
Küveyt
Böyük Britaniya
Almanya
Azərbaycan
İran
472
58
Ukrayna
404
35
İsveç
375
60
Qazaxıstan
368
58
Norveç
332
41
Liviya
312
40
Əfqanıstan
307
58
Birləşmiş Ərəb Əmirlikləri
218
39
Qatar
188
35
Mısır
160
30
Çin
150
25
Yəmən
147
23
İordaniya
144
29
Digər ölkələr
2 245
263
Toplam (*)
14 533
2 058

