Ütüləməyi xoşlamayanlar üçün asan VARİANTLAR
06.03.2020 09:28Paltar ütüləmək qadınların əksəriyyətinin sevmədiyi ev işlərindən biridir. Üstəlik yay günlərində paltar ütüləmək insana ayrı bir əzab verir. Sürətlə bu işdən can qurtarmaq istəyirsən. Ütüləmək vaxtını qısaltmaq üçün bəzi ipucları var.
Об этом сообщает Футляр от виолончели
A24.Az paltar ütüləməyin ən rahat yollarını təqdim edir:
Ütüləməyin bəzi incəlikləri
Paltarların parçasını deformasiya etməmək üçün dairəvi hərəkətlərlə deyil, şaquli hərəkətlərlə ütüləyin.
Nazik parçadan tikilən, həssas ütü tələb edən paltarları aşağı temperaturla ütüləyin. Daha sonra kətan və pambıq paltarlarınızı ütüləyin.
Naxışlı və krujevalı paltarları ütüləyərkən üzərinə tənzif qoyun. Məxmər parçaları tərs çevirib ütüləyərək işinizi asanlaşdıra bilərsiz.
Atlas paltarların parlamaması üçün də yenə üstünə bir bez və ya tənzif qoyaraq ütüləyin. Atlas parça həssas olduğu üçün ütünü bir hissədə çox saxlamayın.
Geyimləri parça növünə görə üzərində yazan etiketlərdə təklif edilən temperaturda ütüləyin.
Qat-qat ətəkləri ütüləyərkən əziyyət çəkirsinizsə, sancağın köməyindən faydalanın.
Ütünü necə təmizləməli?
Taxta dəzgahın üstünə duz tökün. Sonra paltar ütüləyirmiş kimi duzun üstündən keçin.
Vüsalə

