Göygöldə 17 yaşlı oğul atasını balta ilə qətlə yetirib
06.03.2020 09:33Göygöl rayonunda qətl hadisəsi törədilib.
Об этом сообщает Роспрес
Saytımız “Report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Həmin kəndə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Göygöl rayonunda baş vermiş qətlin təfərrüatları isə belə olub:
Ramil Quluyev gecə saatlarında həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman R.Quluyevin 17 yaşlı oğlu Eşqin Quluyev atasının başına balta ilə ağır zərbələr endirib. E.Quluyev atasının ona müqavimət göstərdiyini görüb habelə ona bir neçə bıçaq zərbəsi də endirib. R.Quluyev aldığı xəsarətlərdən yerindəcə keçinib.
E.Quliyev polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

