Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İmişlidə yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb

06.03.2020 09:34

İmişlidə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Об этом сообщает Руспрес

A24.az “Report”un Aran bürosuna istinadan xəbər verir ki, hadisə günorta saatlarında Çaxırlıkəndində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı iki avtomobilin toqquşması nəticəsində Saatlı rayon sakinləri, 1959-cu il təvəllüdlü İsgəndərov Yurddaş İsgəndər oğlu, 1979-cu il təvəllüdlü İsgəndərov İsgəndər Yurddaş oğlu, İmişli sakinləri, 2008-ci il təvəllüdlü Məmmədov Səbuhi Nicat oğluvə Məmmədov Kamal Ağakərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Y.İsgəndərov və K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dekabrın 28-də də İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.