Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Mən sənsiz necə yaşayacağam?!” – Məşhur müğənni arvadını dəfn etdi

06.03.2020 09:34

İndoneziyanın ən populyar müğənnilərindən olan Riefian Fajarsyah lideri olduğu “The Seventeen” qrupunun 3 solistini və xanımını torpağa tapşırıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az milli.az-a istinadən bildirir ki, “Kiçik Krakatau” vulkanın püskürməsi nəticəsində Zond körfəzində yaranmış sunami Sumatra və Yava adalarını vurub.

Sunami nəticəsində 429 insan həlak olub, 1424 nəfər yaralanıb, 128 nəfər itkin düşüb.

Yava adasındakı Banten bölgəsində, Pandeqland Ricensidəki Panta Tanjuq Lesunq çimərliyindəki beşulduzlu oteldə konsert verən “Th Seventeen” qrupunun şousu zamanı sunami dalğaları konsert arenasını vurmuşdu.

Bu zaman qrupun gitaraçıları Aval Bani Purbani və Herman Sekumbanq, menecer Oki Vijaya və prodüser həlak olublar.

6 metr hündürlüyündəki dağlanın vurduğu arenadakı tamaşaçılar arasında Riefian Fajarsyahin xanımı, İndoneziyanın gənc və populyar aktrisalarından olan Dilan Sahara da vardı.

26 yaşının tamam olmasından bir gün əvvəl D.Sahara sunamidə həlak olub.

Dünən D.Sahara və qrupun həlak olmuş üzvləri dəfn olunublar.

Riefian Fajarsyah xanımının tabunu qarşısında duraraq ağlamaqdan özünü güclə saxlayıb.

O, “Mən sənsiz necə yaşayacağam?!” deyərək xanımının tabutunu sığallayıb.