Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ukraynanın yarıdan çoxu işğal oluna bilər – Rusiya son həmləyə hazırlaşır

05.03.2020 12:33

Rusiya Ukrayna ilə sərhəddə, Donbas və Krım istiqamətində 60 min canlı hərbi qüvvə cəmləyib. “Cümhuriyət” qəzeti “Star”a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziriniıı müavini İvan Rusnak məlumat verib. Rusnak sərhəddə toplanan Rusiya hərbi qüvvələrinin “Toçka” taktiki raket sistemləri, zirehli hərbi maşınlar, top sistemləri ilə təchiz edildiyini açıqlayıb.

Об этом сообщает Руспрес

Rusiyanın Ukrayna ilə sərhəd bölgələrində hərbi aktivliyini artırması ABŞ və Avropa KİV-lərində öz əksini tapıb. Qərb mənbələri Rusiyanın Ukraynaya qarşı yeni işğalçı plan üzərində işlədiyini yazırlar. Hesab olunur ki, Qətər və Suriyada yeni dünya düzəninin pozulması riskinin artmasından fürsət kimi istifadə edən Rusiya Ukraynada yarımçıq qoyduğu işğal prosesini başa çatdıra bilər. ABŞ kəşfiyyatına yaxınlığıyla seçilən bir sıra KİV-lər isə Rusiyanın Ukraynaya artan hərbi-siyasi təzyiqləri ilə bağlı yeni müharibə ssenariləri ortaya atıblar.

Rusiyanın yeni işğal planı

Amerikalı mənbələrə görə, Ukrayna sərhədlərində hərbi qüvvələrinin sayını artıran Rusiya Dnepr çayının sağ sahillərini işğal edə bilər. Hesab olunur ki, ehtimal özünü doğrultsa, bu, Rusiyanın öz sərhədləri xaricində Ukraynanın böyük hissəsinə nəzarət üçün böyük imkan yaradacaq. Plan eyni zamanda Ukraynanın Qara dənizlə əlaqəsinin kəsilməsi, Krımla separatçıların nəzarətində olan Donbasın birləşdirilməsi istiqamətində əhəmiyyətlidir. Rusiya bununla Ukraynanın 300 000 km2 (təxminən 222.740 km2) ərazisinə nəzarəti ələ keçirə bilər. Hesab olunur ki, bunun üçün Rusiyaya təxminən 135, yaxud 235 min canlı hərbi qüvvə lazımdır ki, bölgədə artan son hərbi hərəkətlilik də bununla əlaqələndirilir. Əgər plan həyata keçsə, Rusiya həmçinin 13 milyon Ukrayna vətəndaşını qaçqın düşmək, yaxud işğal bölgələrində yaşamaq məcburiyyəti qarşısında qoya bilər. Mütəxəssislərə görə, bu planın icrası uçün Rusiyaya 20 günə yaxın vaxt lazımdır.

Vaşinqtonda gizli danışıqlar

Ukraynalı politoloq Dmitri Qordon isə son addımlarını Rusiyanın Krımla bağlı ABŞ və Ukraynaya təzyiqi kimi qiymətləndirir. O, qeyd edib ki, Krımın Rusiyaya birləşdirilməsiylə bağlı Vaşinqtonda ABŞ və Rusiya arasında gizli danışıqlar başlayıb: “Əgər ABŞ-ın razılığıyla Krım Rusiyaya verilsə, bu zaman Donbas Ukraynada qalacaq. Rusiya ABŞ-ı bu şərtinə razı salmaq üçün bölgədə təzyiq xarakterli manevrlərinin sayını artırıb. Həmçinin həmin plana görə, Ukrayna NATO-ya üzvlükdən imtina etməli və ABŞ bununla bağlı Kiyevə təzyiq etməməlidir. Bunu yeni “Marşal Planı” da adlandırmaq olar. Bu, plan çərçivəsində Almaniya və Amerikaya Ukraynaya investisiya qoyulması məsələsi əksini tapıb, amma bu, məhdud sayda yatırımdır. Yəni, Krım istisna olmaqla və hiss olunmadan Ukrayna Almaniya, ABŞ və Rusiyanın nəzarətinə keçəcək”.

“Ukrayna üçün ağır faciələr baş verə bilər”

Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya hazırda gücünü 3 istiqamətdə cəmləyib. Rusiyanın Suriyadakı vəziyyətinin pisləşməyə doğru getdiyinə diqqət çəkən politoloq qeyd edib ki, buna görə də ABŞ-ı qıcıqlandırmaq üçün digər istiqamətlərdə fəallaşmağa başlayıb: “Birinci, Baltikyanı dövlətlər, ikinci, Ukrayna, üçüncü də Cənubi Qafqaz yönündə fəallaşmağa başlayıb. Xəzər dənizindəki aktivliyi də artıb, bir müddət əvvəl bu bölgədə hərbi təlimlər keçirməsi də bu qəbildəndir. Üstəgəl, Cənubi Qafqaz ordusunun böyük təlimləri keçirildi və bu ordunun təchizatı gücləndirildi, hərbi qüvvələrinin sayı artırıldı. Qərb istiqamətli qoşunları da həm silah təchizatı, həm də şəxsi heyət baxımından gücləndirildi. Buna görə də Ukrayna ilə savaş məsələsi gündəmdədir. Əgər ABŞ proseslərə qarışmasa və Ukraynaya silah yardımı etməsə, bu ölkə üçün ağır faciələr baş verə bilər. Başqa sözlə, Rusiya beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etmir və bu qanunlara tabe olmaq istəmir”.

A24.az / “Cümhuriyyət” qəzeti