Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Uşağa hansı adı qoymaq olar?

05.03.2020 12:34

2016-cı ilin martında ad-soyadlarla bağlı qanuna edilən düzəlişlərdən sonra bu sualın cavabı müəyyən qədər naməlum qalıb.

Об этом сообщает Руспрес

A24.Az-ın verdiyi xəbərə görə, Düzəlişlər uşağa tacik milli mədəniyyətinə yad olan, təhqiramiz səslənən, şərəf və ləyaqəti alçaldan, həmçinin insanları siniflərə bölən adların qoyulmasını, eyni zamanda adlara “molla”, “xəlifə”, “xoca”, “şeyx”, “vali”, “əmir”, “sufi” kimi əlavələrin edilməsini yasaqlayır.

Düzəlişlərdən sonra “uşağa hansı adı qoymaq olar” sualına tam aydınlıq gətirmək üçün Tacikistanda milli adların reyestri aparılıb. Dövlətin icazə verdiyi adlar reyestrdə toplanıb. Bu işi Mədəniyyət Nazirliyi həyata keçirib.

“Milli adların reyestri”nə 3 mindən çox ad daxil edilib. Nəşrdə adların rus və ingilis dillərində yazılış forması da göstərilib.

Tacikistan Mədəniyyət Nazirliyi bəyan edib ki, adların reyestri milli-mədəni, tarixi dəyərlərin qorunub saxlanmasında və inkişaf etdirilməsində əhəmiyyətli rol oynayacaq.