Uşağınız torpaq yeyirsə DİQQƏT! – Bunun 3 başlıca səbəbi var
05.03.2020 12:34Torpaq yemək vərdişi kimi bilinən Pika sindromu sevgisizlikdən qaynaqlanır.
Об этом сообщает Руспрес
Saytımız bildirir ki, qidalanma vasitəsi olmayan torpaq, daş, palçıq və sabun kimi vasitələri yemək ya da yalamaq şəklində ortaya çıxan Pika sindromu ən çox uşaqlarda rast gəlinir. Pika sindromunun altında yatan psixoloji səbəbi sevgisizlik və inkişaf etməmiş özünə inamsızlıq hissini bildirir. Mütəxəssislər ananın yoxluğunu, uşağın yaxınları tərəfindən rədd edilməsini, zəif valideyn-uşaq münasibətlərini, qeyri-mütəşəkkil ailə quruluşunu, ailədə hüzursuzluğu və istismar edilmək uşaqda ən böyük stress yaradan səbəblərdən biri kimi göstərir.
Stresdən torpaq, daş, palçıq, şüşə, saç, sabun, kağız, ip, əski, boya, plastik qablar, paltar, yanmış kibriti yeyə biləcəklərini deyən mütəxəssislər “bu, əlinə keçən hər şeyi ağzına soxan 2-3 yaş arası uşaqlara aid deyil. Xəstəlik illər boyu davam etdiyi kimi, birdən-birə yoxa da çıxa bilər” deyə bildirir.
Pika sindromu hər yaşda rast gəlinə bildiyi kimi, ən çox da uşaqlarda olur. Başlıca olaraq 3 səbəbdən qaynaqlanır: qida əksikliyi, nevroloji pozulmalar və psixoloji problemlər.
Dəmir, kalsium, sink, B1 vitamini, B6 vitamini əksikliyi bu sindroma yaxalananlar arasında çox görülməkdədir. Nadir hallarda zəka geriləməsi, epilepsiya, şizofreniya, otizm kimi nevroloji-psixoloji narahatlıq, bəzilərində saç yolma və bədəni dişləmək kimi pis davranışlar da yarana bilər.
Lakin bu xəstəliyin ən başlıca səbəbi uşağın sevgisiz bir mühitdə böyüməsidir. Diqqət edilməsə pis nəticələnə bilər.

