Üzü bərbad hala düşən insanların köməyinə ölülər gəldi – 13 MƏŞHUR ÜZ NƏQLİ
05.03.2020 12:35Başlarına gələn qəza səbəbilə üzlərinin böyük bir hissəsi yararsız hala düşən insanlar var. Adətən parçalanan, ya da ağır yanıq xəsarətləri ilə üzləri yararsız hala düşən insanların görünüşünü bərpa etmək üçün ölülərin üz dərisindən istifadə edilir.
Об этом сообщает Руспрес
Son illərdə bu üsulla bir çox insanın görünüşündəki qüsurlar üz dərisinin nəqli ilə bərpa olunub.
A24.Az sizə dünyada üz nəqli edilən 13 xəstənin əvvəlki və sonrakı fotolarını təqdim edir:
Dünyada ilk ən geniş miqyasda üz nəqli edilən insan Patrik Hardisondur.
Karmen Balandinin üzünə köhnə əri kimyəvi maddə töküb. Üzünün 80 faizi yanan Balandinə 2015-ci ildə yeni üz köçürülüb.
Tüfəngi ilə oynayan zaman səhvən özünü yaralayan Osqarın üzü tanınmaz hala düşüb, burnu amputasiya olunub. Onun da üz köçürməsi ilə görünüşü qismən bərpa edilib.
Li Guksinqin üzünü ayı bu hala qoyub. 2006-cı ildə üz köçürmə əməliyyatı olunub. Amma təəssüf ki, əməliyyatdan sonra Li cəmi 2 il yaşayıb. Əməliyyatının iltihablaşması səbəbindən Li iki il sonra ölüb.
Pasqal Koler fil xəstəliyindən əziyyət çəkdiyinə görə 2007-ci ildə üz əməliyyatı olunub.
Metro relslərinin üstünə yıxılan Cames Makinin üzü parçalanıb. Üz nəqli ilə burnu və görünüşü bərpa olunub.
Elektrik dirəyinə dırmanarkən naqilə toxunan və üzü tamamilə yanan Dallas Viensə 2011-ci ildə üz köçürülüb.
Dostunun şimpanzesi tərəfindən üzü parçalanan Çarla Naş da 2011-ci ildə yeni üzünə qovuşub.
Conni Clup üzünü ərinin silahından çıxan güllə bərbad hala salıb. O 2008-ci ildə üz köçürmə əməliyyatından sonra normal görünüşünə qovuşub.
Evində baş verən yanğın zamanı üzü yanan Uğur Acara 2012-ci ildə yeni üz köçürülüb. O üz nəql edilən ilk türkdür.
Öz iti tərəfindən üzü parçalanan Dinuarın üzünün bir hissəsi bərbad hala düşüb. 2005-ci ildə bir ölünün üzündən müəyyən hissələr ilə Dinuarın üzü bərpa olunub.
2006-cı ildə ağır depresiya keçirən Andi Sandnes özünü çənəsinin altından vurub. Həyatı xilas olunsa da üzü qurtarıla bilməyən Andiyə üz köçürmə əməliyyatı edilib.

