Uzun müddətli və sağlam münasibətlər üçün bunları MÜTLƏQ edin – SİYAHI
05.03.2020 12:35Mütəxəssislər uzun müddətli və sağlam əlaqənin formulunu açıqlayıblar.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, iki insanın birlikdə uzun müddət yaşaması və xoşbəxt olması üçün bunlar lazımdır:
1- Bölüşmək: Əlaqə demək, hər şeydən əvvəl paylaşmaq deməkdir. Sağlam münasibətin ən mühüm amillərindən biri də duyğu və düşüncələrin bölüşülməsidir.
2- Bir insan öncə özünü sevməlidir, özü ilə barışmalıdır: Sağlam əlaqə iki sağlam insan arasında ola bilər. Ona görə də xoşbəxtliyi öncə öz içinizdə tapmalı və özünüzü sevməlisiniz.
3- Keçmişi unudun: Keçmiş əlaqələri keçmişdə buraxın, mühakimə etməyin və sizə problem yaratmasına icazə verməyin. Unutmayaq ki, münasibətlər keçmişə deyil, gələcəyə doğru qurulur.
4- Ortaq maraq dairəsi yaradın: Ortaq maraqların olması müsbət və əyləncəli münasibətin yaranmasına kömək edir.
5- Münasibətinizi xarici təsirlərdən qoruyun: Üçüncü şəxslərin, bu adamlar ailənizdən belə olsa da, əlaqənizə mənfi təsir etməsinə icazə verməyin. Heç kim sizin həqiqətən nəyə ehtiyacınız olduğunu və nəyə dəyər verdiyinizi sizdən yaxşı qiymətləndirə bilməz.
6- İşinizi münasibətlərin önünə keçirməyin: İş günü başa çatdıqda, işiniz tamamilə iş yerində qalmalıdır.
7- Küsməyin: Mübahisə etsəniz belə münasibəti heç vaxt tam kəsməyin.
8- Fərqli olmağınız münasibətinizi zənginləşdirir: Hər mövzudan mükəmməl ahəng gözləməyin. Fərqliliklərə baxmayaraq, ona dəyər verdiyinizi göstərmək sağlam əlaqənin əsasını təşkil edir.
9- Qısqanclıq tələsinə düşməyin: Həddindən artıq qısqanc olmaqdan uzaq durun.
“Sevən insan qısqanır” tələsinə düşməyin. Həddindən artıq qısqanclığınız, şübhələriniz, etimadsızlıq hissiniz varsa və bunu bölüşərək həll edə bilmirsinizsə, mütəxəssisdən peşəkar dəstək alın. Lazım olsa birlikdə seanslara gedin.
10- Yaxşı dinləyici olun: Yaxşı münasibətin yolu yaxşı ünsiyyətdən keçir. Yaxşı dinləyici olun. Eyni fikirdə olmasanız belə, onun ideyalarına hörmət edin və sona qədər dinləyin. Demək istədiyinizi dolayı yollarla deyil dəqiq şəkildə ifadə edin.
Vüsalə Əlövsətqızı

