Üzündəki şişi kəsdirmək üçün 10 il gözləməli oldu
05.03.2020 12:3522 yaşlı Lukas Makkali üzündəki şişi kəsdirə bilmək üçün düz 10 il gözləməli olub.
Об этом сообщает Роспрес
Saytımız rus mediasına istinadən xəbər verir ki, gəncin üzündəki şiş xoşxassəli olsa da, günü-gündən həyatında bəzi çətinliklər yaratmağa başlayıb. Artıq 10 ildir ki, əməliyyat etdirə bilmək üçün pul yığıb.
Gəncdə anadalgəlmə limfangioma xəstəliyi olub və artıq üzündəki şiş bir həftədir ki, Nyu Yorkda həyata keçirilən plastik əməliyyatla götürülüb. Əməliyyatın həyata keçməsi üçün Lukas 112 min dollar ödəyib. Hazırda sağalmaq üzrə olan gənc oğlan bu pulun yığılmasında ona kömək edən hər kəsə middətdarlığını bildirib. Pulun yığılması üçün Lukasa internetdə xüsusi platforma da yaradılıb.
Qeyd edək ki, limfangioma xəstəliyi anadangəlmə baş və boyun nahiyyəsində yaranan xəstəlikdir. Böyüdükcə sağlamlıqda maneə yaradan xəstəlik insanda nəfəsdarlığına və xroniki ağrıların yaranmasına səbəb olur.
Firuzə Alimova / A24.az

