Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xaçmazda kişi üç nəfərə bıçaqla hücum etdi – Ölən və yaralanan var

05.03.2020 12:37

Xaçmazda qətl hadisəsi baş verib.

Об этом сообщает Роспрес

A24.Az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Qusarçay kəndində, saat 10.30 radələrində qeydə alınıb.

Belə ki, 38 yaşlı kənd sakini Bəxtiyar Umarov həmkəndlilərinə hücum edib. O həmkəndlisi, 39 yaşlı Məhərrəm Hacıyevi və 38 yaşlı Məzahir Mustafayevi bıçaqlayıb, digər Məhərrəm adlı şəxsi bıçaqlamaq istəyib, lakin mümkün olmayıb.

Məhərrəm Hacıyev aldığı xəsarətlərdən ölüb, Məzahir Mustafayev isə rayon mərkəzi xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb.

Məhərrəm Hacıyevin meyiti Məhkəmə Ekspertiza və Pataloji-Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Xaçmaz rayon şöbəsində tibbi ekspertiza olunub.

Hadisəni törədən Bəxtiyar Umarovun ruhi xəstə olduğu deyilir.

Xaçmaz Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bəxtiyar Umarov Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.