Xətai Rayon İcra Hakimiyyəti Əhmədlidə ağacları söküb yerinə “Novostroyka” tikir
05.03.2020 12:39
A24.Az-ın redaksiyasına Əhmədli metrosu yaxınlığında ağaxların kəsilməsi ilə bağlı şikayət daxil olub.
Oxucumuz Toğrul Abıyevin məlumatına görə, Əhmədli Metrosu, Beynəlxalq bankın raxasında, M.Hadi küçəsi 23/24 bir qrup şəxs ağaclara qənim kəsilib.
Hazırda həmin ərazidə uşaq meydançası dağıdılıb, 50 -dən çox ağacı isə kəsbilər. Şikayətçinin sözlərinə görə, məqsədləri bina inşa etməkdir. Lakin sözdə ərazidə Xətai
Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işləri aparıldığı qeyd olunub.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun İctimai, Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdi ki, ərazidə abadlıq işləri aparılır.
“Sözügedən yerdə nümunəvi həyət salınır. Heç bir ağac kəsilməyib və kəsilməyəcək”- deyə şöbə müdiri söyləyib.
Nərmin Kərim, A24.Az
Об этом сообщает Роспрес

