“Xətainin fars hökmdarı olmadığını dünyaya mütləq bəyan etməliyik” – Türkiyəli rejissor
05.03.2020 12:39Türkiyəli rejissor Dədə Qorqud haqqında sənədli film çəkir.
Об этом сообщает Роспрес
Bu barədə filmin rejissoru tanınmış türk rejissor Öner Kılıç A24.az-a açıqlamasında məlumat verib.
Rejissor filmin çəkilişlərinin bir neçə ölkədə həyata keçirildiyini deyib:
“Hər zaman Dədə Qorqud haqqında film çəkmək, hekayələrini anlatmaq fikrim vardı. Nəhayət bu fikri layihə olaraq həyata keçirməyi planlaşdırdıq. “Azərfilm”lə birlikdə bir ssenari üzərində işləyirik. Amma sonra düşündük ki, Dədə Qorqud hekayələrinin baş verdiyi bir coğrafya var və bu coğrafiya haradır, ümumiyyətlə o hekayələr haralarda cərəyan edir?! Qızım Türkan Kılıçla birlikdə ata qız Dədə Qorqud coğrafiyası ilə bağlı bir dramatik sənədli film çəkdik. Qazaxıstan, Gürcüstan, Azərbaycan, Naxçıvan, Ərzurum, Qars, Baykurt coğrafiyasını anlatmaq istədik. Dedik ki, qoy insanlar bu ərazilərdən keçsinlər, sadəcə hekayələrlə kifayətlənməsinlər.
Hazırda filmimiz montaj mərhələsindədir, 2018-ci ildə TRT-də yayımlanacaq”.
Ö.Kılıç “Şah İsmayıl Xətai haqqında film çəkmək arzunuz varmı?” sualımıza da aydınlıq gətirib:
“Şah İsmayıl Xətai hekayəsi mənim üçün möhtəşəm bir mövzudur. Ona görə ki, həm Qərbin, həm də farsların təhriki ilə Anadolunun göbəyində iki türk bir-birini öldürüb. Və hər ikisi də ölərkən son sözləri “Anam…” olub. Bu hekayəni, o acını, ağrını anlada bilərəmmi?! Çünki o acını hər zaman yaşayırıq.
Şah İsmayıl Xətai ilə bağlı uzun bir araşdırma aparmaq lazımdır. Çünki Xətaini ancaq siz və biz Türk hökmdarı kimi tanıyırıq, dünya siyasət tarixinə isə bir fars hökmdarı kimi anlatdılar. Bunun yanlış olduğunu, gerçəyi isə ya Türkiyədən, ya da Azərbaycandan bir rejissor dünyaya çatdırmalıdır.
Şah İsmayıl əlbəttə ki, təkcə lider olmayıb, möhtəşəm şair olub, ədəbi fəaliyyətlə məşğul olub. Və əsası da türk əlifbası ilə yazıb, Osmanlıdan da əvvəl bu işi görüb. Şah İsmayıl türk dili uğrunda mübarizə aparan şəxsiyyətlərdən də biridir. O üzdən bu dahi şəxsiyyət haqqında mütləq film çəkilməlidir. Mən özümü o filmi çəkməyə hazır hiss etmirəm. Şah İsmayıl haqqında film çəkmək üçün daha da müdrikləşmək, uzun müddət, ən azı 3-4 il Xətaini araşdırıb beynimizə yerləşdirməyimiz lazımdır”.

