Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xidmətinin bitməsinə bir ay qalmış şəhid olan Elvinin son sözləri: “Ata, yol pulu göndər”

05.03.2020 12:39

Şəhid Elvin Əhmədov ölümündən bir əvvəl günorta saatlarında atası ilə sonuncu dəfə telefonla danışıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az azvision.az-a istinadla verdiyi məlumata görə, bu barədə şəhidin yaxınları məlumat verib.

Şəhidin qohumlarının sözlərinə görə, Elvin bir aydan sonra hərbi xidməti başa vurub evə qayıdacaqdı.

“O, çox ağıllı, səmimi, tərbiyəli gənc idi. Orta məktəbi bitirən kimi hərbi xidmətə yollanmışdı. Ailəsi, hamımız onun yolunu gözləyirdik. Dünən günorta atası ilə telefonda danışıb deyib ki, kənddən ora bir nəfər gedəcək, onun vasitəsilə 15 manat mənə pul göndərərsən, evə qayıtmaq üçün lazım olacaq. Ailəsi elə də imkanlı deyil. Təsərrüfatla məşğul olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizlə qürur duyuruq”, – deyə şəhidin yaxınları söyləyib.