“Xoşbəxtlik düsturu” – +18
05.03.2020 12:40Diqqət! 18+ hekayə
Об этом сообщает Руспрес
Fəridə balacaboy qız idi, ilk dəfə görüşəndə sinəmdən öpə bildi, qucaqlayıb canıma sıxdım. “Əvvəlcədən səni öpəcəyimi düşünmüşdüm, ancaq ağzımın çatdığı yerdən öpəcəyim ağlıma gəlməmişdi” – dedi.
Virtual tanışlığımızı dərhal seksual yaxınlığa çevirmək istəklərindən güman etmək olardı ki, üstünə çox kişi kəmər açıb. Sonralar məlum oldu ki, dodağını ilk dəfə əmizdirdiyi oğlan da elə dostum imiş. Amma Fəridə dostumun dediyinin əksinə nə … idi, nə fahişə – həzzini heç nəyə qurban verməyən ağılsız min Fəridədən biri idi. Yatağından tez qalxan oğlanları bəyənmirdi. Deyirdi, “məsləhət də başa düşmürlər, min dəfə demişəm ki, sevişəndə başqa şey düşünün ki, mən sizdən doymamış bitirməyəsiz işinizi. Nə bilim, riyaziyyatı düşünün, ax 2 + bx + c = 0”.
Universiteti qurtarandan sonra rayona qayıtmayıb yaxşı maaşa hansısa xarici şirkətdə işləyirdi. Yaşadığı mənzil qəşəng idi. “Bakıya gələndə mütləq xəbər elə” dediyinə görə xəbər eləmişdim. Mənzilinə qalxan piləkənlərdə “suss” işarəsi verməyindən anladım ki, bu binada çox oğlana çox-çox işarələr verib. Yəqin elə buna görə da qonşuların “əxlaq mühazirələri”ndən qorxur. Çox güman özünün “hepatit-B” dediyi, ancaq “hepatit-C”yə daha çox oxşayan bu zəhrimarı da tağı saçında ayrılan bakılı balqabaqların birindən salıb bədəninə. Deyəsən əlifba sırasıyla yüksələn bu xəstəliyi ucbatından daha kimsəylə yaxınlıq eləmirdi – ya da onu tanıyanlar yaxın durmurdu artıq Fəridəyə.
Nənəsinin rayondan tapdığı, Fəridənin normal vaxtlarında üzünə də baxmadığı tiplərdən olan gələcək ərinin telefondan sallanan şəklini mənə göstərəndə utandığından üzünü tutmuşdu.
– Ərim olacaq.
– Heç olmasa, xasiyyəti babatdı?
– Allah kəssin! Məni alacaq deyə ölür sevindiyindən. Kəndin ən “tupoy” oğlanlarındandı.
Bir az susub gülə-gülə davam elədi:
– Başqa kim alacaq məni, bu halımla?
Bu Fəridənin otağına ilk gəlişim oldu.
Boynuna almasa da yaman sınıxmışdı. Hepatitin “B”-sinə də lənət, “C”-sinə də. Məni çox istədiyini bilirdim. Ən çox da boynumdan xoşu gəlirdi. Deyirdi, boynu yoğun kişilər ehtiraslı olur. O deyəndən sonra fikir verdim ki, boynum çox da nazik sayılmazmış. Mənimsə, boynuyoğun kişilərdən zəhləm gedir. Heç indi də boynuyoğun olduğumu düşünmürəm. “Saatlarla bu şəklinə baxmışam. Yad bir kişi üçün nələr çəkmişəm bu şəklə baxanda, bir Allah bilir, bir də bu yana baxan şəklin” – deyib monitorunda gülümsəyən şəklim olan kompüterini burnumun qabağında tutdu. Sonra da monitorun boynum olan hissəsinə barmağını birinci buğumdan əyilənə qədər dirədi: “Hələ burana bax, yoxdu bunnan heç kəsdə”. Kompüterin boynum olan hissəsi göyərdi, qızardı…
Birinci görüşümüzdən ən çox yaddaşımda qalan hissə də elə burası idi; ekrana dirənib qıvrılan barmaq, bu barmağın altında əzişən monitordakı şəklim. Məni bu xatirə rahat buraxmırdı. Sanki Fəridənin xoşbəxtlik düsturunu bircə mən bilirdim. Ona görə də qəti addım atmalı idim.
– Fəridə, yanına gəlmək istəyirəm.
– Gəl də, başıxarab. Hardasan?
– Yarım saata yanında…
Qapını açan kimi qucağıma mindi. İstədiyi yerimdən öpə bilsin deyə yuxarı qaldırdım. Bir ağıza yanağımı da öpdü, dodağımı da. Mən də qoxlaya-qoxlaya gicgahını, yanağını bir neçə yerdən öpdüm. Tez qucağımdan sürüşüb ev yiyəsi obrazına qayıtdı:
– Nə istəyirsən? Çay, yemək?
– Heç nə. Bu gün sənə qulluq eləməyə gəlmişəm.
Bilərəkdən üzünə elə qəribə bir ifadə verdi ki, “cismani qulluq” – deyib yataq otağını eyham etməli oldum. Əvvəlki görüşümüzdən bilirdi ki, başqa qadınla sevişən deyiləm, üstəlik də hepatitli vaxtında… Amma yenə də yatağına yaxınlaşdı.
Fəridənin hər kişini ehtirasa gətirə biləcək bədəni var, ələlxüsus da arxası. Kim deyər ki, bu xəstədi. Az-maz rəngi ağarıb, bu da qarayanız rayon qızını bir az da gözəgəlimli eləyib. İndi də taxtın üstündə oturub sevinclə üzümə baxırdı. Qolsuz köynəyini çıxardığımı görüb qollarını yuxarı qaldırdı. Hərəkətlərimin normal olduğunu bildirmək üçün tamam başqa mövzuda sakit-sakit danışdı bir az. Bununla mənə kömək eləmək istəyirdi. Köynəyini sıyıran kimi qarşımda avand olmuş bir qadın qaldı, bir də ətirli tər qoxusu… Üzü üstə uzadıb busqalterinin kəmərini açdım. Amma uzanıq olduğundan məmələri hələ lifçikdə qalmışdı. O gözəl arxasının üstünə oturub saçlarını kürəyindən dağıtdım. Astadan masaj elədikcə bədəni boşalırdı. Sonra masajı bir az aşağı apardım. Quzu quyrugu kimi əsən arxasını əllərimlə sıxdıqca məqsədim haçalanırdı; desəm bu an düşündüyüm yalnız ona “cismani quluq” etmək idi, yalan olardı. Əynindəki qısa otaq şalvarı o qədər nazik idi ki, yaxşı masaja zərrə mane olmurdu. Artıq ehtirasdan güclə aldığı nəfəsi səs çıxarırdı. Sonra elə nəfəsinin tempinə uyğun pıçıldadı:
– Öldürürsən məni…
Əlimi bir az da aşağı aparıb budlarını ovucladım. Arabir ayaqlarının birləşdiyi yerə qədər irəliləyib ətli qasığını da qul itatətilə ovuşdururdum. Beləcə hər iki budunu qasığı islanana qədər masaj elədim. Hörmətlə əlimi döşlərinin altından keçirəndə Fəridə üzüyuxarı çevrildi. Üstündə qəhvəyi, zoğalı, tünd yaşıl çalarlı butalar və xalqımın minillik milli-mental dəyərlərini özündə ehtiva edən xeyli ornament olan şalvarını ehmalca əynindən çıxardım. Fəridə işim asan olsun deyə şalvarın altından heçnə geyinməmişdi.
“Ruqzaqımda olmalıdı, götür tax” – deyib ətli qolunu qaldırıb haranısa göstərdi. Danışmadan astar olmuş şalvarı ana səbrilə avand edib stulun üstündən asdım. Paltarın islaq yeri buz kimi olmuşdu. Allahın qadını təzə yoğrulmuş xəmir kimi hara istəsəm ora yayxanırdı. Uzandığı yerdə ayaqlarını dizdən qatlayıb tərsinə – üzü yuxarı qoynuna uzandım. Sonra elə elədim ki, o sevdiyi boynum islanmış qasığına yapışsın. Gözümü tavana zilləyib ayaqlarından birini elə qatlaq formada sinəmə qoydum. Çıqqılı pəncəsi sol döşümün üstündən göbəyimə qədər uzana bilmədi. Xırda-xırda tüklənmiş, 3-4 gün əvvəl qırxıldığı hiss olunan baldırını ovmağa başladım. Elə bil məndən narahat idi. Bir azdan o biri pəncəsini də sağ döşümə qoydum. Soyumuş pəncəsi sinəmə toxunanda nədənsə ağlıma “cənnət anaların ayaqları altındadır” deyimi gəldi. Ağ-appaq ayağının altını ağzıma dayayıb ətli pəncəsini bir neçə yerdən öpdüm. Başımı sığalladı. Pəncəsini iki ovcuma alıb üstdən-altdan ova-ova topuğunu, baldırını öpməkdə idim. Sanki heç cür özünü bu öpüşlərə layiq bilmirdi. Nəvazişlə saçımı oxşayıb əvəz qaytarmaq istəyirdi. Sonra barmaqlarını daraq edib ehtirasla saçıma keçirdi. Qəddarlaşırdı. Saçlarımı ovuclayıb özünə dartı. Bilirəm, bu özü deyildi. Durmadan pəncəsilə, barmaqlarıyla öpüşürdüm. Sonra boynum ilıqlandı. Artıq budlarının arası sürüşkən idi, bircə qalmışdı sürüşdürmək. Hər iki pəncəsini sinəmə sıxıb boynumu aramla sürüşdürməyə başladım. Qasığı titrəyirdi.
Elə bil bayaqkı, mənə heyfi gələn Fəridə qeyb olmuşdu, əvəzində saçımdan tutub onu orqazma çatdırmaq borcumu yerinə yetirdən zalım biri var idi. Mənsə saçım yerindən qopsa da ayaqlarının altını öpüb onları cənnətdən məhrum etməyə çalışan bütün kişilər adından üzr istəyir, boynumu daha sürətlə sürüşdürüdüm. ax 2 + bx + c = 0”
Sonra kişilikdən yanıq qalmış qadınlığını uşaq kimi doyuzdurmaq üçün sol döşümü əmdi, arxasıyla “qucaqla məni” deyib yana döndü. Belini qucaqlayıb üzümü saçlarının arasında gizlədim. Sağ əlini arxaya gətirib belimi özünə sıxdı. Daha qolunu geri çəkmədi. Deyəsən yuxuya gedəndə bu günə qədər rastlaşdığı ən yaxşı kişinin mən olduğunu deyirdi.
Mən oyananda Fəridə ölmüşdü. Elə qucaqladığım kimi ölmüşdü. Zərrə qədər də həyəcanlanmadım. Qalxıb mətbəxdən süngərin üstünə bir orqazmlıq sperma qədər qabyuyan dərman tökdüm. Fəridəmin ayaqlarının altını ehmalca silib, süngəri yudum. Məni qucaqladığından arxaya uzalı qalmış qolunu cib yaylığımla tutub geri – ayaqlarının arasına salmağa çalışdım. Heç cür alınmırdı. Meyitinin əli də qasığını örtmək istəmirdi. Dirsəyimlə budlarını aralayıb əlini dərinliklərə dürtdüm. Butalı şalvarının paçasını yuxarıdan üfürən kondisioner qurutmuşdu.
Boynumu ovuşdura-ovuşdura evdən çıxanda yataq otağından tappıltı gəldi. Yəqin yenə meyitinin əli qasığından sürüşüb harasa sallanmışdı.
Sərdar Amin

