Yanukoviçin araqlarına həbs qoydular
05.03.2020 12:40Kiyev şəhərinin Peçerski rayon məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin “Mejiqore” iqamətgahındakı spirtli içkilər kolleksiyasına həbs qoyub.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, məhkəmənin qərarı ölkənin məhkəmə hökmlərinin vahid reyestrində dərc edilib.
Spirtli içkilərin kolleksiyasına həbs “Mejiqore” iqamətgahının qanunsuz mənimsənilməsi haqqında cinayət işinin araşdırılması çərçivəsində qoyulub. Bildirilir ki, həbs qoyulan içkilər Kiyev vilayətində yerləşən “Mejiqore”nin təbii sərhədlərinin ərazisindədir.
Məlumata görə, kolleksiyada minlərlə müxtəlif spirtli içki butulkası var. Onların arasında 1913-cü ildə hazırlanan şərab da var. (Publika.az)

