Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yapon alimlərinin yeni nailiyyəti

05.03.2020 12:40

Stenford və Tokio universitetlərinin professoru Hiromisu Nakautinin başçılığı altında bir qrup alim avqustda induksiya olunmuş pluripotent kök hüceyrələr (iPs-hüceyrələr) vasitəsilə donuz bədənində insan orqanlarının yetişdirilməsi üzrə təcrübəyə başlamağı planlaşdırır.

Об этом сообщает Роспрес

Saytımız bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Təcrübə uğurla həyata keçirilsə, bu texnologiyanın regenerativ tibdə real tətbiqi artıq 5-10 il sonra mümkün olacaq.

Təcrübə zamanı alimlər donuzun mayalanmış yumurta hüceyrəsini elə dəyişəcəklər ki, gələcəkdə heyvanın mədəaltı vəzi olmasın. Bundan sonra yetkin qadının yumurtalığına məməlinin ilkin inkişaf mərhələsində olan embrionu daxil ediləcək. Bu zaman insanın çatışmayan iPs-hüceyrələrinin struktur elementləri dəyişdiriləcək. Tədqiqatçılar hesab edir ki, bu hüceyrələr donuz orqanizminə uyğunlaşacaq, bu da mədəaltı vəzin inkişafına gətirib çıxaracaq.

Təcrübə zamanı, xüsusilə insan qaraciyərinin yaradılmasına cəhdlər ediləcək. Bu da xərçəng xəstəliyinin yeni üsulla müalicə edilməsinə imkan yaradacaq. Alimlər yetişdirilmiş orqanlarda yeni dərman preparatlarını da sınaqdan çıxarmağı planlaşdırır.