Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Yas pulu” üstündə dava – Yaralanan var

05.03.2020 12:41

Bərdə rayonunun Dəymədağlı kəndində pul üstündə dava düşüb.

Об этом сообщает Роспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə yas mərasimi zamanı baş verib.

Belə ki, kənddə yaxın qohumunun yas mərasimində pul yığan 1984-cü il təvəllüdlü Əsədov Fikrət Akif oğlu həmkəndlilərinin hücumuna məruz qalıb. Hadisəyə kənd sakini Qəhrəman Kərimovun “yas pulu”ndan oğurluq etmək istəməsi səbəb olub. Bunu görən F.Əsədov Q.Kərimovla mübahisə edib. Daha sonra Q.Kərimovun Yalçın və Bəbir adlı övladları F.Əsədovu kəndin kənarındakı əkin sahəsinə aparıblar və orada ona küt alətlə ağır bədən xəsarətləri yetiriblər.

Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda Travmatologiya şöbəsində olan F.Əsədovun vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.