Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yıldız Tilbədən onu irqçi adlandıranlara cavab: “Allah bəlasını versin”

05.03.2020 12:43

“O səs Türkiyə”də jüri olan müğənni Yıldız Tilbə və rok ifaçısı Gökhan Özoğuz arasında yaşanan gərginlik sosial mediada da gündəm olub.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, müğənni haqqındakı tənqidlərə Twitter hesabında sərt şəkildə cavab verib.

“Mən irqçi deyiləm. Türkçü, kürdçü, lazçı deyiləm. Mənə irqçi deyənlər şərəfsiz və namussuzdur. Mənər irqçi deyən özü irqçidir. Allah bəlasını versin. Dilini başa düşdüyüm iştirakçı axtarmamı irqçi adlandıranlar, özü irqçidir. Mən mükəmməl səsi olan ispana Dönülməz axşamın üfüqünü necə oxudacam?. Oxusa belə,  nə dərəcədə hiss edə biləcəm? Türkçəsi düzgün olsun, bütün dillərdə oxusun . Mən nə olduğumu bilirəm. Allah da bilir. Mənə paxıllıq edirlər, bunun başqa açıqlaması yoxdur. Düşmənlik edənləri Allaha həvalə edirəm”.

Qeyd edək ki, 2 jüri arasında olan gərginlik köşə yazısı əsasında ortaya çıxıb. Məlumatlara görə, yarışmaya balkan mahnısı oxuyan bir qadın qatılıb. Münsiflərdən təkcə Yıldız Tilbə dönməyib. Yıldız Tilbə dönməməyinin səbəbini belə açıqlayıb:

“Aaa sən türk imişsən. Mən səni əcnəbi bildim. Türk olduğunu bilsəm, dönərdim”.

Bu sözlərə rok ifaçısı Gökhan əsəbləşib. “Bu yarışmaya əcnəbilər də qatılır. Niyə dönmürsən ki? ” – deyə etiraz edib.

İkili arasında gərginlik böyüyüb. Yıldız Tilbə “Bura O səs Türkiyədir, mən türk axtarıram. O səs İngiltərə olsa, ingilis axtarardım” deyib. Qarşılığında Gökhan səsini yüksəldərək “ o zaman sən kürdlərin yarışmasına da etiraz edərsən” cavabını verib.

Hər iki jüri nümayəndəsinin mikrofonu sündürülüb, çəkiliş dayandırılıb. Lakin mübahisə foyedə də davam edib.

Qeyd edək ki, Yıldız Tilbə azərbaycanlı Pərvin Səfərovun da türkçəsini bəyənmədiyini və bu səbəbdən dönmədiyini dilə gətirmişdi.

Nərmin Kərim