Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yol nişanlarını kim qoymalıdır? – VİDEO

05.03.2020 12:43

Bakıda bəzi yerlərdə piyada keçidi nişanı qoyulsa da yerdə zolaq yoxdur.

Об этом сообщает Руспрес

Saytımız “Xəzər Xəbər”ə istinadən bildirir ki, paytaxt yollarında belə ziddiyyətli nişanlara çox rast gəlmək olur. Nişanları əraziyə quraşdıran qurumlar – Azəryolservis, şəhər icra hakimiyyəti və Dövlət Polisinin Siqnal İdarəsi məsuliyyəti bir-birinin üstünə atır.

Ekspertlər bunun qanunla tənzimləndiyini bildirir.

Onlar bildirir ki, Respublika Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı olmadan heç kəs nə yol nişanları qoya bilər, nə nişanlanma xətləri çəkə bilər, nə də svetafor qoya bilər.

Bu komissiyanın tərkibində icra hakimiyyəti, Yol Polis İdarəsi, Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi və s. orqanların nümayəndələri təmsil olunur.