Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yol polisi 3 günə 3 mindən çox sürücüyə cərimə yazdı

05.03.2020 12:43

Yol polisi avtomobilini sığorta etdirməyən 3 mindən çox sürücüyə protokol yazıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, bu barədə Xəzər Tv-yə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib. O deyib ki, ayın 7-dən indiyə kimi 3266 sürücü cərimələnib.

Qeyd edək ki, nəqliyyat vasitəsini icbari sığorta etdirməyən sürücülər -fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər. Qanunvericiliyə əsasən, icbari sığortaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddət ərzində müqavilə bağlanmazsa avtonəqliyyat vasitəsinin sahibinə təkrar elektron protokollar tərtib ediləcək.