Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zəhraya aparan yollar

05.03.2020 12:45

Dağlıq Qarabağı 23 ildir  işğalda saxlayan Ermənistan hakimiyyəti zaman-zaman bu siyasətini davam etdirməkdədir.

Об этом сообщает Футляр от виолончели

Amma məlum həqiqət ondan ibarətdir ki, nə işğal edilən torpaqlar azad edilib, nə  də insan itkilərimiz ara verir.

Bu gecə isə yaşananların necə deyərlər, kulminasiya nöqtəsi oldu.

Bakı – Moska – Brüssel – İrəvan kvartetində son günlər hadisələrin ard-arda düzülməsi, intensivləşməsi nələrinsə baş verəcəyinin qaranquşu idi. Kaş, baş verməyəydi.

Bu gecə Füzulidə üç nəfər mülki vətəndaşın düşmən atəşinə məruz qalması və onlardan ikisinin, xüsusilə də 2 yaşlı Zəhranın faciəvi ölümü bütün ölkəni silkələyib.

Dəqiq ifadə budur ki, son bir həftədə Bakının üstündə toplaşan qara buludlar axır ki, yağdı. Geridə hiddətlənmiş toplum, göz yaşı və ağır psixi sosial durum yaratdı.

Həmin günə kimi nələr baş vermişdi?

1.Əsas məqsədi sülh təşəbbüsünü davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə pozitiv töhfə vermək üçün əsası 2016-cı ilin noyabrın 8-də qoyulmuş “Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma”nı yaratdılar.

Bu, yaradılan və kifayət qədər təbliğatı aparılan qurum baş verənlər fonunda təsirsiz, məğlub olmuş xalqa bu ruhu həzm etdirməyə çalışan funksionallıqda qalan “özüyeriməz” orqana çevirildi. Ötən ay ərzində yarıtmaz, ölü doğulan təşkilatın buraxılması gündəmə gəldi. Platformaya etirazlar artmağa başladı.

  1. Aprel savaşından sonra azad edilən ərazilərə qayıdış başlandı.

Bu qayıdış hərəkatı böyük qayıdışın  kiçik məşqi olmaqla yanaşı, nəhəng təbliğatla müşayiət edildi və düşmənə qarşı  psixoloji zəfərdə əsas silahlardan biri oldu. İlk mərhələdə yüzlərlə ailənin Cocuq Mərcanlıya qayıdışı baş tutdu. Ötən həftə isə açıqlandı ki, burada əlavə 100 evin tikintisinə başlanılır. Bu detal düşmən tərəfdə ciddi və əsaslı narahatlıq doğurdu.

  1. Rusiya XİN Azərbaycana gələn Rusiya vətəndaşlığına malik ermənilərin etnik mənşəyinə görə diskriminasiyaya məruz qaldığını iddia etdi. Keşkə, o notaya Dilqəm və Şahbazın adını salaydılar.
  1. ATƏT həmsədrləri gəldi və dünən balaca Zəhranın öldürüldüyü Füzulidə təmas xəttini yoxlayaraq, getdilər. Bu gedişin son olması diləyi ilə qeyd edək ki, düşmən məhz o hissədə mülki vətəndaşlarımızı öldürdü.
  1. ATƏT vasitəçiliyi ilə Vyanada XİN-nin görüşləri planlaşdırldı və məqsədli şəkildə görüşöncəsi təxribata əl atıldı. Maraqlıdır, masada hansı sənədlər vardı, bu, kimə sərf etmirdi?Böyük maraqların kiçik Zəhranın başında toqquşduğu və qanıyla bədəlinin ödəndiyi savaş daha kimləri qəlt edəcək?
  1. Ayağının tozu silinməmiş müasir Rusiyanın ideoloqlarından biri olan Proxanov Moskvada “Yeni Azərbaycan sivilizasiyası bütün xalqların, mədəniyyətlərin, dillərin və ənənələrin simfoniyası üzərində qurulur” yazısı  ilə çıxış etdi. Bu cür  mötəbər bir şəxsin səsləndirdiyi fikirlər Putinin poqonları arxasından “yan”akı boylananlarda qıcıq  doğurdu.

İndi də bu gün yaşananlar…

Ölkənin birinci şəxsi silahlı qüvvələrin ali baş komandanının atacağı adekvat addım artıq bu məsləyə nöqtə qoymaq üçün bəs edəcək.

Ötən apreldən düşmənin yadında qalan qisas və narahatlıq hissi geridönüşü olmayan hadisələri relsdən çıxarmağa başlayıb.

“Hücum” əmrinin tam vaxtıdır.

Ətrafda dost adına kimsə qalmayıb, ATƏT isə özünün tutalqacı olan Beynəlxlaq Hüququyla oyalana  bilər.

Əziz Əlibəyli