15-ə yaxın ölkənin mütəxəssisləri Bakıya gəlir
05.03.2020 12:49Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and GreenEnergy” mövzusunda Beynəlxalq Forum keçiriləcək.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
“Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək Beynəlxalq Forumun 10-11 dekabr 2018-ci il tarixlərində ADA Universitetində keçirilməsi planlaşdırılır.
Dünyanın 4 bir yanından bu sahə üzrə ən uğurlu startaplar, şirkət sahibləri, elm xadimləri və tədqiqatçılar, vençur kapitalistlər, visionmakerlər, eyni zamanda ölkəmizdə artıq bu sahələr üzrə sözünü demiş mütəxəssislər sizlərlə öz təcrübələrini paylaşacaqlar.
İki gün davam edəcək Forumun aşağıdakı panellər üzrə keçirilməsi planlaşdırılır:
• Energetika və aqrar texnologiyaların gələcəyi;
• Aqrar və yaşıl enerji üçün texnologiyalar;
• Aqrar və energetika texnologiyaları üzrə Akademiya;
• Siyasətin təsiri;
• Yeni innovativ ekosistemlər;
• Fermerlər üçün seksiya;
• Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası;
• Aqrar sahə və energetika üçün biznes: GreenEnergy sessiyası;
• Startap və İnnovasiyaEkosistemi Seminarı
Forumun keçirilməsində digər məqsəd qlobal texnologiya şirkətləri, startaplar, fermerlər və digər maraqlı tərəflər arasında əməkdaşlıq yaratmaqdır. Bununla əlaqədar olaraq Startaplar və Fermerlər üçün seminarlar keçiriləcək.
Startaplar üçün keçiriləcək seminar mövzuları aşağıdakılar olacaq:
• Böyük aqrobiznes problemlərinin müəyyən edilməsi və startap həllərinin bu problemlərə tətbiqi
Fermerlər üçün keçiriləcək seminar mövzuları aşağıdakılar olacaq:
• Aqrar innovasiyaların tətbiqi üzrə seminar
• Azərbaycanın innovativ fermerləri ilə müzakirələr
İnnovasiyalarla gələcək “Yaşıl gələcəy”in indidən bir parçası olun. www.agtech.az (https://www.facebook.com/AgTech.az/)

