Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

17 ildir davam edən Adnan Oktar məhkəməsində qərar çıxdı

05.03.2020 12:49

1999-ci ildə Adnan Oktar qrupuna qarşı keçirilən əməliyyatdan sonra başladılan cinayət işi ilə bağlı qərar açıqlanıb.

Об этом сообщает Руспрес

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Adnan Oktar qrupuna qarşı 1999-cu ildə keçirilən əməliyyatda həbs olunanlara işgəncə gördükləri iddiasıyla dövrün İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin rəisi Adil Sərdar Saçan da arasında olduğu bəzi polis əməkdaşları haqqında 17 ildir davam edən davanın qərarı açıqlanıb.

“Habertürk”ün xəbərinə görə, işgəncə cinayətindən bütün müttəhimlər haqqındakı dava haqda qərar çıxarılıb. Adnan Oktar qrupuna 1999-ci ildə keçirilən əməliyyatda nəzarətə alınan və aralarında Tarkan Yavaşın da olduğu 27 nəfər, əməliyyatı həyata keçirən dövrün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin Müdiri Tükənin da aralarında olduğu 8 polis işçisinin özlərinə işgəncə gördükləri iddiasıyla şikayətçi olmuşdu.

Orxan Aslanlı / A24.az