Fernando Alonso “Formula 1″ə vida edir
05.03.2020 13:33McLaren-Renault-un ispaniyalı sürücüsü Fernando Alonsa, mövsüm sonunda Formula 1-ə vida edəcəyini açıqlayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xarici mediaya istinadən xəbər ki, mövsümün sonunda təqaüdə çıxacağını McLarenin internet saytında yer alan açıqlama vasitəsilə çatdıran 37 yaşlı Alonso, “Bu ecazkar idmanda keçirdiyim 17 gözəl ildən sonra həyatımda bir dəyişiklik etmək və yoluma yeni bir macərayla davam etmə zamanı gəldiyini” qeyd edib. Formula 1 karyerası boyu çalışdığı şəxslərə və azarkeşlərə təşəkkürlərini çatdıran təcrübəli pilot, “Mövsüm sonunda buraxma qərarını bir neçə ay əvvəl almışam. Bu mövsüm qalan yarışlarda hər zamankından daha artıq əzmlə mübarizə edəcəyəm”, – deyə vurğulayıb. İki dəfə dünya çempionu olan İspaniya Formula 1 pilotu, daha sonra gələcəyin nələr gətirəcəyini görəcəyik deyə vurğulayıb: “Bu an həyatımın ən xoşbəxt vaxtını keçirməmə baxmayaraq, yeni macəralar yaşamaq ehtiyacı hiss edirəm”,- deyə əlavə edib.
Orxan Aslanlı // A24.Az

