Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Göyçayda məsciddə tapıldığı deyilən uşaq “Körpələr evi”nə yerləşdirildi – AÇIQLAMA

05.03.2020 13:35

Göyçay rayonunda “Əbülfəzlil Abbas” məscidində körpə uşağın tapılması barədə yayılan məlumatlar əsassızdır.

Об этом сообщает Руспрес

Bu barədə A24.az-a açıqlamasında Göyçay Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov məlumat verib. O bildirib ki, Göyçayda məsciddə heç bir uşaq tapılmayıb: “Həmin uşaq məsciddə deyil, xəstəxanada tapılıb. Valideynləri tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məscidin adının bu xəbərdə hallanması düzgün deyil. Ona görə də yayılan məlumatlar həqiqəti əks etdirmir. Birmənalı olaraq deyim ki, məsciddə uşağın tapılması xəbəri əsassızdır”.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva isə həmin uşağın xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiq edib: “Amma bu hadisə iki il bundan əvvəl – 2016-cı ilin may ayında baş verib. Yəni, köhnə bir hadisəni niyə təzə hadisə kimi yayırlar, başa düşmürəm. O vaxt həmin uşaq yüngül həyat tərzi keçirən anası tərəfindən imtina edilmişdi. Uşaq xəstəxanada iki ay müalicə aldıqdan sonra, körpələr evinə yerləşdirildi. Axı, bu xəbəri kim hansı ağılla yayır? Uşaq xəstəxanada müalicə aldıqdan sonra Göyçay Rayon İcra Hakimiyyəti və Qəyyumluq məsələləri üzrə komissiyasının qərarı ilə sənədləri hazırlandı və o, körpələr evinə yerləşdirildi. Uşaq məscidə deyil, məscidin yaxınlığındakı küçəyə atılıb. Ondan sonra xəstəxanaya gətirilmişdi”.

Qeyd edək ki, Göyçay rayonunda Dəniz adlı qız uşağının valideynləri tərəfindən “Əbəlfəzlil Abbas” məscidinə atıldığı barədə məlumatlar yayılıb.