Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verdi

05.03.2020 13:35

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Об этом сообщает Роспрес

A24.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində yerləşən şadlıq evinin yaxınlığında qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil Gürcüstan dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı maşınla toqquşub. Nəticədə Göygöl rayon Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Həmzə qızı Bağırova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəza zamanı daha iki nəfər – 1958-ci il təvəllüdlü Rusiya vətəndaşı Əli Məmmədov və 1993-cü il təvəllüdlü Göygöl rayon sakini Mirmahal Ağabalayev müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Hacıqabulda iki maşın toqquşub.