Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Heç vaxt “Maşın” şouya getmərəm”

05.03.2020 13:37

Müğənni Nigar Camal “Maşın” şou ilə bağlı fikirlərini bölüşüb.

Об этом сообщает Роспрес

A24.Az axşam.az-a istinadən bildirir ki, ifaçı şouya ilk dəfə baxdığını etiraf edib. O bildirib ki, oyunu izləməsinə səbəb isə dostları aparıcı Ranar Musayevlə müğənni Samir Cavadzadənin orada olmasıdır.

Nigar Samirə “Təpəsi başında ilandır” deyən Sərxana da cavab verib. Dostunu müdafiə edən müğənni “Samir, sən ilan deyilsən. Sən, sadəcə, mənim kimi böyük əyləncəsən” sözlərini deyib.

N.Camal daha sonra “Samir və Ranar, mənəvi olaraq sizin yanınızdayam. Sizə görə ilk dəfədir ki, bu verilişə baxıram” deyə sözlərinə əlavə edib.

Müğənni ona ünvanlanan “Siz də bu şouya gedərsiz” sualına bu cavabı verib:

“Yox. Burada inciməli heç nə yoxdur. Layihənin özü maraqlıdır. Efirlərə heç vaxt baxmıram. Həm də mən Londonda yaşayıram”.