Hindistandan ABŞ-a: “S-400”lərdən imtina etməyəcəyik
05.03.2020 13:37Hindistan ABŞ-ın onu sanksiyalarla təhdid etməsinə baxmayaraq, Rusiyadan “S-400” zenit-raket komplekslərini almaq qərarından vaz keçməyəcəklərini bildirib.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, bu barədə xəbər mərkəzi ofisi Yeni Dehlidə yerləşən NDTV saytında dərc edilib.
Məlumatda qeyd edilib ki, sentyabrın 6-da baş tutacaq ABŞ-Hindistan nazirlərinin görüşündə Hindistan ABŞ-a “S-400” müdafiə sistemlərini almaqdan vaz keçməyəcəklərini bildirəcək.
Hindistan qaynaqlarında “Rusiya ilə S-400 müqaviləsini demək olar ki, tamamlamışıq, daha da genişləndirmək istəyirik. ABŞ-a bu mövzuyla bağlı mövqeyimizi çatdırmaq istəyirik” deyilib.
Əldə edilən məlumatlara görə, Yeni Dehli “S-400”lərin regional şərtlərə görə Hindistana lazım olduğunu bilirərək Vaşinqtonun qoyduğu sanksiyalara mane olmaq istəyir.

