İdman arenaları gecələr bərq vurur – VİDEO
05.03.2020 13:38Bakı-2015 ilk Avropa Oyunlarında istifadə ediləcək idman arenaları möhtəşəm işıqlandırmalarla gecələr də gözəl görünürlər.
Об этом сообщает Футляр от виолончели
Bir-birindən fərqli işıqlarla işıqlandırılan arenalar paytaxtın görünüşünə gözəllik qatır. Həydər Əliyev adına idman arenasının təmirdən sonrakı dizaynı diqqət çəkir. 7100 tamaşaçı tutumuna malik nəhəng idman zalı kənardan da çox əzəmətli görünür.
Bakı Avropa Oyunlarının keçiriləcəyi 18 yarış obyekti arasında yeni tikilənlərdən biri də su idman növlərinin keçiriləcəyi Bakı Su İdman mərkəzidir. 6 min tamaşaçı tutumu olan komleksdə 800-dən çox atlet yarışlarda öz gücünü göstərəcək.
İşıqlandırılması ilə göz oxşayan arenalaran biri də,əsasən, beynəlxalq ritmik və bədii gimnastika yarışlarına ev sahiblik etmək üçün layihələndirilən Milli Gimnastika arenasıdır. Avropa Oyunları zamanı bu arenda gimnastikanın 5 növü üzrə yarışlar keçiriləcək.
“A24.az” həmin arenaları videogörüntüdə təqdim edir:

