Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Meyvə-tərəvəzin keyfiyyətini bu cür yoxlayın – YOLLARI

06.03.2020 09:22

Meyvə-tərəvəz seçərkən təzə və keyfiyyətli olmasını anlamaq çoxları üçün çətindir. Buna görə də sonradan keyfiyyətsiz və çürük meyvə-tərəvəz aldıqları üçün şikayət edirlər. A24.Az  tərəvəz və meyvələrin keyfiyyətli olub-olmadığını anlamağın bir neçə yolu ilə sizi tanış edir.

Об этом сообщает Роспрес

Ərik

Ərik seçərkən ləkəsiz, eyni rəngdə olmasına diqqət edin. Əzik olmasın. Bunlarla yanaşı, qaysının səthi tamamilə quru və forması zədələnməmiş olmalıdır.

Badımcan

Badımcanın qabığı sərt olanların əvəzinə yüngül elastik olanları seçin. Üzərində azca çatlar və ağ ləkələr olan badımcanları almayın. Eyni zamanda, badımcanın saplağı qəhvəyi deyil, yaşıl olmalıdır.

Yemiş

Yetişmiş yemiş dolu səs çıxarmalıdır. Bununla yanaşı, qovunun qabığı nahamar və kobud olmalıdır.

Balqabaq

Balqabaq bir rəngli olmalıdır. Badımcan kimi üzərində müxtəlif rəng çalarları olan balqabaqdan uzaq durun. Eyni zamanda, uzunluğu 20 sm-dən çox olmamalıdır.

Limon

Limon seçərkən bir rəngli və parlaq olmasına diqqət edin. Bununla yanaşı, hər zaman ağır olanları seçin. Çünki onlar daha sulu olurlar.

Gavalı

Gavalı seçərkən üzərində ağ un səpilmiş kimi görüntüsü olanları seçin. Bu, onların ağacdan yeni dərildiyini göstərir.

Xiyar

Xiyar nazik qabıqlı və yaşıl olmalıdır. Xiyarın təzəliyini göstərən ən əhəmiyyətli faktor saplaqlarının hələ qopmamış və sarı olmasıdır.